Sergey Şoyqu İrandadırbackend

Sergey Şoyqu İrandadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana işgüzar səfərə gəlib.

Editor.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının aparatı məlumat yayıb. O, iranlı həmkarı Əli Əkbər Əhmədian, eləcə də İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşəcək.

Bundan əlavə, Şoyqunu İranın yeni prezidenti Məsud Pezeşkian qəbul edəcək. Qeyd olunur ki, Şoyqu ikitərəfli əməkdaşlığın geniş spektrini və onun möhkəmləndirilməsini müzakirə etmək niyyətindədir. Bundan əlavə, təhlükəsizliyin müxtəlif aspektlərindən danışılması planlaşdırılır.

//Samir Qurbanov, Editor.az