Sergey Şoyqu: “Sentyabrda Ukrayna ordusunun 2700-dən çox silahını məhv etdik “backend

Sergey Şoyqu: “Sentyabrda Ukrayna ordusunun 2700-dən çox silahını məhv etdik “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabr ayında Ukrayna ordusuna məxsus 2700-dən çox silah və hərbi texnikanı məhv etdiklərini qeyd edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada nazirlik rəsmiləri ilə görüş keçirib.

Ukrayna ordusunun sentyabrın 22-də Sevastopol hücumunda öldürüldüyünü iddia etdiyi Rusiya Qara Dəniz Donanması Komandanı Viktor Sokolov da onlayn görüşdə iştirak edib.

Görüşdə Şoyqu Ukraynadakı vəziyyəti dəyərləndirib və bəyan edib ki, Rusiya hərbi birləşmələri Ukrayna qüvvələrini məğlub etmək üçün aktiv fəaliyyətlərini davam etdirirlər. O bildirib ki, Kupyansk istiqamətində Sinkovka və Petropavlovka yaxınlığındakı ərazidə nəzarət xeyli genişləndirilib.

//Safura Bənnayeva, Editor.az