Sergey Şoyqu: Ukraynaya uzaq mənzilli Qərb sistemləri gəldikcə, biz də “xüsusi əməliyyat”ın sərhədlərini bir o qədər uzağa çəkəcəyikbackend

Sergey Şoyqu: Ukraynaya uzaq mənzilli Qərb sistemləri gəldikcə, biz də “xüsusi əməliyyat”ın sərhədlərini bir o qədər uzağa çəkəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin Ukraynanın uzaqmənzilli silahlar alacağı təqdirdə Rusiyanın təhdidləri öz sərhədindən uzaqlaşdıracağı ilə bağlı sözlərini şərh edib. Editor.az bildirir ki, bu barədə Şoyqu “Moskva. Kreml. Putin” proqramında deyib.

O, izah edib ki, Rusiya xüsusi əməliyyatının sərhədlərinin genişlənməsi Ukraynaya verilən silahların çeşidindən asılı olacaq: “Bu, hansı silahların buraxılacağından asılıdır”. Qeyd edək ki, fevralın 21-də Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın hərbi əməliyyat sərhədini irəli çəkəcəyini açıqlayıb.

O, bildirib ki, “Ukraynaya nə qədər uzun mənzilli Qərb sistemləri gələcəksə, biz də təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdırmağa məcbur olacağıq. Bu təbiidir”, – deyə Putin bildirib. Bu arada CNN mənbələrə istinadən məlumat yayıb ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresi üçün Ukrayna Silahlı Qüvvələrinə lazım olan silahların yeni siyahısını hazırlayır.

Buraya daha uzun mənzilli raketlər və “F-16” döyüş təyyarələri də daxildir. Xarici işlər naziri Dmitri Kuleba da Ukrayna hərbçilərinin uzaqmənzilli silahlar və qırıcı təyyarələrdən istifadə edəcəyini bildirib.

//Samir Qurbanov, Editor.az