Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı regional təhlükəsizlik, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı bir sıra cari məsələlər müzakirə edilib.
Görüşün sonunda Ermənistan və Rusiya müdafiə nazirlikləri arasında 2023-cü il üçün hərbi əməkdaşlıq proqramı imzalanıb.
Publika.az

