Sergey Şoyqu və Valeri Gerasimovun həbsinə order verildibackend

Sergey Şoyqu və Valeri Gerasimovun həbsinə order verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) keçmiş müdafiə naziri, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.

Səbəblər arasında ICC Rusiya Federasiyasının qanuni hədəf hesab etdiyi Ukraynanın enerji obyektlərinə hücumların adını çəkib. Rusiya BCM-nin üzvü deyil, ona görə də BCM-nin yurisdiksiyası ona şamil oluna bilməz və Rusiya hakimiyyəti məhkəmənin qərarlarını hüquqi cəhətdən etibarsız hesab edir:

“II Beynəlxalq Cinayət Məhkəməsinin İstintaq Kollegiyası iki şəxs – Sergey Şoyqu və Valeri Gerasimov barəsində Ukraynadakı vəziyyət kontekstində ən azı 10 oktyabr 2022-ci il tarixindən ən azı 9 may 2023-cü il tarixinədək törətdikləri beynəlxalq cinayətlərə görə həbs qərarı çıxarıb”, – məhkəmənin saytında deyilir.

//Samir Qurbanov, Editor.az