Sergey Şoyqudan qorxudan bəyanatbackend

Sergey Şoyqudan qorxudan bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belarus artıq həm adi, həm də nüvə raketlərindən istifadə edə bilən “İsgəndər-M” kompleksini alıb”.

Editor.az bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, Belarus ekipajları aprelin 3-də Rusiyanın poliqonlarından birində kompleksi öyrənməyə başlayıb.

Rusiya Federasiyasının müdafiə naziri onu da bildirib ki, indi Belarus təyyarələrinin bir hissəsi hədəflərə nüvə zərbələri endirə biləcək: “Belarus hücum təyyarələrinin bəziləri yerüstü hədəfləri nüvə silahı ilə vurmaq imkanı qazanıb. Bundan başqa, Belarus Silahlı Qüvvələrinə “İsgəndər-M” operativ-taktiki raket sistemi də təhvil verilib. O, həm adi, həm də nüvə raketlərindən istifadə edə bilir”, – Şoyqu bildirib.

  //Samir Qurbanov,Editor.az