Sərhəddə iki kənd mübahisəlidir – Paşinyanbackend

Sərhəddə iki kənd mübahisəlidir – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla sərhəddə baş verən proseslər nə demarkasiya, nə də delimitasiya hesab edilə bilər.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, Sünik bölgəsində sərhəd məntəqələrinin müəyyənləşdirilməsi prosesləri davam edir və bu işin öz nüans və çətinlikləri var:

“Bu iş Sünik və Ermənistanın təhlükəsizliyi üçün aparılmalıdır. Bizim və Müdafiə Nazirliyinin mövqeyi ondan ibarətdir ki, bu fəaliyyətlə Ermənistan və Sünik üçün yeni bir təhlükəsizlik sistemi formalaşdırılır”.

Paşinyan bildirib ki, sərhəd məsələlərinin yenidən ortaya çıxa biləcəyi iki yaşayış məntəqəsi var — Urud və Şurnuxu kəndləri (hər ikisi qədim Azərbaycan kəndləridir – red). Onların ətrafında gündəlik işlər davam edir:

“Bu suallar müəyyən ağrılı vəziyyətlərə gətirib çıxara bilər. Ancaq əmin etmək istəyirəm ki, Ermənistanın maraqlarının qorunması ilə bağlı sualların ortaya çıxdığı bütün hallarda hökumət tam kompensasiya verəcək və vətəndaşlarımızın maraqları qorunacaq”.