Sərhəddə mühüm gəlişmə: Bu hələ jurnaldır, film təzə başlayırbackend

Sərhəddə mühüm gəlişmə: Bu hələ jurnaldır, film təzə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün “Böyük Ermənistan” ideyasının əbədi dəfn edildiyi gündür”.

Editor.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmizin qurulmasını şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bunun digər mühüm problemlərin həlli baxımından başlanğıc olduğunu söyləyib:

“Sözüm rus kontingentin komandanlığına və onların kuryerlik etdiyi erməni silahlılarına aiddir: sərhəd- keçid məntəqəsinin qurulmasını, qeyri-qanuni fəaliyyətlərinizə adekvat cavab tədbirlərinin başlanğıcı kimi qəbul edin. Bu, hələ jurnaldır, film təzə başlayır”.