“Sərhəddə nə baş verir?- Ermənistan təxribatlara davam edərsə…”- AÇIQLAMAbackend

“Sərhəddə nə baş verir?– Ermənistan təxribatlara davam edərsə…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan sərhəddə bölmələrimizi atəşə tutur. Bu təxribatları davam etdirəcəksə, Azərbaycan Zəngəzuru götürməli və dəhlizi açmalıdır. Avropa ittifaqı, Fransa, ABŞ, İran və Rusiya Cənubi Qafqazda, xüsusilə Azərbaycan ətrafında ciddi oyun oynayırlar. Hər biri regionda öz mövqelərini möhkəmləndirməyə çalışır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Ermənistan tərəfi Kəlbəcərdə Azərbaycanın mövqelərinə qarşı hücum etməkdə məqsədi demarkasiya prosesinə mane olmaq və həmin əlverişli yüksəklikləri əldə etməkdir:

“Ötən gün Rusiya müdafiə nazirinin müavini Ermənistanda idi. Görünür, bu hücumun baş verməsi təsadüfi deyil.
Türkiyə Azərbaycan və Rusiya formatı var. Xüsusilə, ” Şuşa ” Bəyannaməsindən sonra ölkəmizə təhdidlər artır. Türkiyə aktiv şəkildə Azərbaycanı bu təhdidlərdən qoruyacaq. Məhz “Şuşa” bəyannaməsi bu günki günə lazım idi”.

//Gülnarə Abasova, Editor.az