Sərhəddə vəziyyət gərgin olaraq qalır: Yeni eskalasiya riski?- Hərbi ekspert AÇIQLADIbackend

Sərhəddə vəziyyət gərgin olaraq qalır: Yeni eskalasiya riski?- Hərbi ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki aylıq fasilədən sonra Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən təxribatlar birmənalı şəkildə iki ölkə arasında yenidən gərginliyə gətirib çıxartdı. Hazırda qarşı tərəf Zəngilan istiqamətində sərhəd qoşunlarımıza qarşı törədilən təxribatın nəticələrini araşdırmaqla məşğul deyil. Onlar ilk dəfə atəş açan erməni hərbiçisinin kim olduğunu və onun məsuliyyətə cəlb olunması barədə məlumatı ictimaiyyətə təqdim etmir. Bu fakt isə təxribatların Ermənistan dövləti tərəfindən planlaşdırıldığı və gələcəkdə də belə halların yenidən baş verə biləcəyi ehtimallarından xəbər verir. Bu səbəblərdən də sərhəddə hazırki vəziyyət kifayət qədər gərgin olaraq dəyərləndirilir”.

Bu sözləri Editor.az-a hərbi ekspert Ədalət Verdiyev regionda yeni eskalasiya ehtimalı ilə bağlı şərhində deyib.

Ekspert bildirib ki, istənilən halda Azərbaycan Silahlı Qüvvələri düşmənin hər hər təxribatına hər zaman qətiyyətli şəkildə cavab verməyə hazırdır: “Ermənistanın silahlanması hazırda kifayət qədər qarmaqarışıq bir xarakter daşıyır. Həftəbecər tipli silahlanma isə Ermənistanı Azərbaycan qarşısında revanş eldə etməyə imkan verməz. Əksinə bu silahlanma sonunda Ermənistanın başına daha böyük fəlakətlər gətirəcək. Hər bir düşmən təxribatının qarşısı qətiyyətli şəkildə alınır və alınacaq. Atəş açılan mövqelər darmadağın ediləcək və zərurət yaranarsa, atəş açılan o mövqelərdə Azərbaycan əsgəri və bayrağı yerləşdiriləcək”.

//Gülnarə Abasova, Editor.az