Sərhəddəki son gərginliklər yeni müharibədən xəbər verir?- Millət vəkili ŞƏRH EDİRbackend

Sərhəddəki son gərginliklər yeni müharibədən xəbər verir?- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Postmüharibə dövründə Ermənistanın siyasi çevrələrində və mediasında Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün güc tətbiq edəcəyi ilə bağlı böhtanları hələ də davam edir. Azərbaycanın bölgədəki nəqliyyat əlaqələrinin hərbi güc yolu bərpa etmək istəyi yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, İrəvanın Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Ermənistana genişmiqyaslı hücuma keçəcəyini iddia etməkdə məqsədi həm Qərb dövlətlərindən siyasi və hərbi dəstək qazanmaq, həm də Azərbaycanı Qərb ictimaiyyətinin nəzərindən hücum edən tərəf kimi göstərməkdir:

“Digər tərəfdən Ermənistanın sürətlə silahlanmağa davam etməsi və üçüncü ölkələrin Bakı-Yerevan çəkişmələrindən faydalanmağa çalışması qarşılıqlı inamsızlıq mühitində yeni bir müharibə və ya sərhəd toqquşması ehtimalını artırır. Lakin yeni müharibə Azərbaycanın marağına uyğun deyil və Ermənistanla müharibə ehtimalı hətta yoxdur. Amma bu o demək deyil ki, dövlətimiz ərazi bütövlüyümüzə olunan qəsdə qarşı susacaq.

Düşünürəm ki, sərhəddəki son gərginliklər yeni bir müharibənin əlaməti deyil, bu daha çox sülh müqaviləsinin imzalanması perspektivlərinin azalmasını hədəfləyib. Ermənistan məhz bu təcavüz şousunu inkişaf etdirərək, Qərb tərəfindən diqqət və dəstəyə nail olur. Sülh sazişi imzalanacağı, təcavüz şousunun aradan qalxacağı halda Qərbin, xüsusən də Fransanın Ermənistana diqqəti və hərbi sahədə dəstəyinin miqdarı sözsüz ki, azalacaqdır”.

//Gülnarə Abasova, Editor.az