Sərhədimizdə təxribat: səhər tezdən hərəkətə keçdilər – VİDEObackend

Sərhədimizdə təxribat: səhər tezdən hərəkətə keçdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa tərəfi bu dəfə rəsmi şəxslərinin birbaşa iştirakı ilə Azərbaycana qarşı təxribata başlayıb.

Belə ki, Fransanın təmin etdiyi “humanitar yardım”ı daşıyan TIR-lar artıq Zəngəzur istiqamətində irəliləməyə başlayıb. Səhər saatlarında İrəvandan yola çıxan TIR-lar “Laçın” postu istiqamətində növbəti qondarma tamaşa nümayiş etdirmək üçün hazırlanıb.

Azərbaycanın göndərdiyi humanitar yardımın Xankəndiyə keçməsinə mane olan separatçı rejim və havadarları vəziyyəti gərginləşdirməkdən ötrü növbəti həmləni edirlər.

TIR-larla birlikdə bir sıra Fransa rəsmiləri, o cümlədən Paris meri Ann İdalqo da Azərbaycanla şərti sərhədə yollanıb.

Kadrları təqdim edirik:

Globalinfo.az