Sərhədlərdə misli görünməmiş hərbi aktivlik – Mema xəbərdarlıq etdibackend

Sərhədlərdə misli görünməmiş hərbi aktivlik – Mema xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Avropa liderlərini Ukrayna münaqişəsini davam etdirməklə qitəni Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edib.

Bu barədə Mema sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, Avropa İttifaqının rəhbərləri Ukraynanı tam dağılmağa aparır və münaqişə davam edərsə, bütün Avropa Rusiyaya qarşı müharibəyə sürüklənəcək.

Onun fikrincə, Moskva NATO-nun sərhədlərinə yaxın bölgələrdə son illərdə görünməmiş hərbi fəaliyyətindən narahatdır.

Şimali Atlantika bloku qüvvələrini gücləndirir və bunu təcavüzdən çəkindirici addım kimi izah edir. Eyni zamanda, Kreml vurğulayıb ki, Rusiya heç kimə təhlükə yaratmır, lakin milli maraqlarını qorumaq üçün potensial təhlükəli hərəkətlərə göz yummayacaq.

Globalinfo.az