Sərinləmək üçün girdikləri gölməçədə həyatlarından oldular: 3 nəfər öldübackend

Sərinləmək üçün girdikləri gölməçədə həyatlarından oldular: 3 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az xəbər verir ki, hadisə Türkiyənin Qaziantep şəhərində baş verib.

Belə ki, sərinləmək üçün gölməçəyə girən 2-si qardaş olmaqla 3 nəfər dünyasını dəyişib.

Qaziantep vilayətinin Mərkəz Şəhitkamil rayonunun Kızıkhamurkesen məhəlləsinin yaxınlığında heyvanların sərinləməsi üçün yaradılmış gölməçəyə girən 19 yaşlı Burhan Bilgin, qardaşı 12 yaşlı Deniz Bilgin və 25 yaşlı İsmayıl Uyğun bir müddət sonra yoxa çıxıblar.

Gölməçədə aparılan axtarışlar nəticəsində 3 nəfərin meyiti tapılıb.

Meyitlər Qaziantep Ədliyyə Tibb Qurumuna aparılıb.

//Samir Qurbanov, Editor.az