Sərinləmək üçün gölə girən 5 yaşlı uşaqdan ACI XƏBƏRbackend

Sərinləmək üçün gölə girən 5 yaşlı uşaqdan ACI XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Samsun şəhərində sərinləmək üçün Altınkaya Su Anbarına girən 5 yaşlı Mehmet Gedik boğularaq ölüb.

Samsunun Vezirköprü rayonunda ailəsi ilə birlikdə pikniyə gedən Mehmet Gedik sərinləmək üçün Altınkaya Baraj gölünə girib.

Bir müddət sonra Gedikin yoxa çıxdığını görən ailəsi vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirib.

Əyalət Jandarma Komandirliyinin Sualtı Axtarış Qurtarma Qrupu və AFAD qrupları uşağı tapmaq üçün işə başlayıb.

Bir müddət sonra Gedikin cansız bədəni tapılıb və cəsəd tibbi ekspertiza üçün Samsun Ədliyyə Tibb Təşkilatına göndərilib.

//Samir Qurbanov, Editor.az