Serj Sarkisyan da Milli Təhlükəsizlik Xidmətinə çağırılıbbackend

Serj Sarkisyan da Milli Təhlükəsizlik Xidmətinə çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Editor.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

S.Sarkisyanın Yerevanda baş nazir Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyasının təşkili ilə bağlı ifadə verməyə çağırıldığı ehtimal olunur.

Qeyd edək ki, Yerevanda keçirilən aksiya zamanı bir sıra siyasətçilər polis tərəfindən saxlanılıb. (Trend)

Bundan başqa, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyan Milli Təhlükəsizlik Xidmətinə aparılmışdı.