Niyə kiməsə dəhliz verməliyik?”.
Editor.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sarkisyan bildirib.
Sarkisyan vurğulayıb: “Bu dəhlizdən xəbərdar deyiləm. Heç kimə dəhliz verə bilmərik. Niyə də verməliyik?! Bölgədəki kommunikasiyaların açılması üçün heç bir problem yoxdur. Başqa hansı dəhliz var? Yəni onlara bir dəhliz verməyə borcluyuq? Hansı sənədlə? Hansı razılaşma ilə? Nə üçün?
Bir dəhlizdən danışarkən, hansı dəhlizin, kimin nəzarəti altında olacağı sual doğurur. Ərazimizin bir hissəsini necə ayıra bilərik?! Bu haqda heç bir söhbət ola bilməz”.
//Yenisabah.az

