Türkiyənin Kayseri şəhərində baş verən yol qəzasında 8-i ağır olmaqla 40-a yaxın insan yaralanıb, Editor.az bildirir ki, bu barədə Türkiyənin “İhlas” xəbər agentliyi (İHA) yazıb. “Kayseri-Malatya yolunun 91-ci kilometrliyində, Karaboğaz Mevkii ərazisində, Muş-İstanbul istiqamətində hərəkət edən “Muş Ovası” markalı sərnişin avtobusu leysan yağış səbəbindən sürüşkən yolda aşıb.”, – agentlik bildiir.
Ümumilikdə avtobusda olan 41 nəfərin 8-i ağır olmaqla 38 nəfər xəsarət alıb. Xəbərin alınmasından sonra bölgəyə təcili yardım, polis, jandarma, yanğınsöndürən və xilasedicilər göndərilib. Avtobus yalnız qaldırıcı kranın köməyi ilə təkərlərə taxıla bilib. Kayseri-Malatya avtomobil yolu hələ də bağlıdır, qəza ilə bağlı araşdırma başladılıb.
//Samir Qurbanov, Editor.az

