Rusiya ordusunun bölmələri Xarkov vilayətində Xarkov-İzyum müntəzəm reysi ilə hərəkət edən sərnişin avtobusuna atəş açıblar. Atışma nəticəsində həlak olan sərnişinlərin cəsədlərinin aparılmasına isə imkan vermir.
Editor.az UNIAN -a istinadın xəbər verir ki Hadisə Voloxov Yar şəhəri yaxınlığında baş verib. Bu barədə Donetsk hərbi-mülki administrasiyasının sədri Pavel Kirilenko Facebook sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, avtobusda Donetsk vilayətinin yeddi sakini – 4 qadın və 3 kişi olub. İndi biz onları ölmüş (və ya itkin düşmüş) hesab edirik, çünki fevralın 26-dan onların heç biri ilə əlaqə saxlamaq mümkün olmamışdır”. “Cəsədləri isə götürmək mümkün deyil, çünki avtobusun vurulduğu əraziyə Rusiya hərbçiləri nəzarət edir” – deyə, o vurğulayıb. Kirilenko cəsədlərin tanınması və evlərinə gətirilməsi üçün humanitar dəhlizin təşkilinə kömək istəyi ilə beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət edib.
//Gülnarə Abasova, Editor.az

