Varşava yaxınlığında dəmir yolunun mühafizə olunmayan hissəsində qəza baş verib. Şəhərətrafı avtobusla sərnişin qatarı toqquşub. Toqquşma nəticəsində 4 nəfər xəsarət alıb.
Editor.az bildirir ki, bu barədə Varşava Şəhərətrafı Dəmir Yolunun (WKD) mətbuat xidməti Facebook-da məlumat yayıb. RMF MAXX radiosunun jurnalisti Przemyslav Mzyk X sosial şəbəkəsində xəbər verdiyi kimi, hadisədə 58 yaşlı avtobus sürücüsü ittiham olunur. “Goniec” nəşrinin məlumatına görə, avtobus Qrodzisk Mazovyeçkidən Varşavaya doğru hərəkət edən qatara yol verməyib.
Dörd zərərçəkən xəstəxanaya yerləşdirilib. Toqquşmanın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Hadisə zamanı avtobus maşinisti və qatar sürücüsü ayıq vəziyyətdə olublar. Qəza Komorov kəndi ərazisində həm avtomobil, həm də dəmir yolu nəqliyyatının hərəkətini dayandırıb.
//Samir Qurbanov, Editor.az

