Sərnişin qatarı fil sürüsü ilə toqquşdu: xeyli sayda fil tələf oldubackend

Sərnişin qatarı fil sürüsü ilə toqquşdu: xeyli sayda fil tələf oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 20-də Şri-Lankada vəhşi təbiət qoruğu yaxınlığında sərnişin qatarı fil sürüsünə çırpılıb. 6 fil həlak olub.

Bu barədə hökumətin Vəhşi Təbiət Departamentinin nümayəndəsi Hasini Saraçandraya istinadən fevralın 21-də “Associated Press” agentliyi məlumat yayıb.

Hadisə ölkənin paytaxtı Kolombodan təxminən 200 km aralıda, Minneriya Milli Parkının yaxınlığında baş verib. Minneriya Kaudulla və Wasgamuwa Milli Parkları arasındakı “fil dəhlizinin” bir hissəsidir. Qurbanlar arasında dörd körpə və iki yetkin fil də var. Toqquşma nəticəsində qatar özü də lokomotiv də daxil olmaqla qismən relsdən çıxıb. Adı açıqlanmayan dəmiryol işçisi “Associated Press”ə bildirib ki, sərnişinlərdən heç biri xəsarət almayıb. Hadisənin səbəbləri araşdırılır.

//Samir Qurbanov, Editor.az