Sərnişin və yük qatarları toqquşdu: Çox sayda ölü və yaralı varbackend

Sərnişin və yük qatarları toqquşdu: Çox sayda ölü və yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 1-nə keçən gecə Yunanıstanda sərnişin və yük qatarı toqquşub və yanğın başlayıb.

Editor.az bildirir ki, Yunanıstanın CNN telekanalının məlumatına görə, sərnişin qatarı Afinadan Salonikiyə gedirmiş. Larisa şəhərindən bir qədər aralıda o, yük qatarı ilə toqquşub.

Toqquşma zamanı qatarda 350-yə yaxın sərnişin olub. Sərnişinlərdən biri jurnalistlərə bildirib ki, qatar 90 dərəcə əyilib, qayadan düşüb və yarıya qədər havadan asılı qalıb. Yanğınsöndürmə briqadasının sözçüsü Vassilis Vartakoyannis bildirib ki, indiyədək 32 ölü və 85 yaralı məlumdur. Xilasedicilər toqquşma yerində çətin şəraitdə işləyirlər.

  //Samir Qurbanov, Editor.az