Sərnişinlər bir saatdan çox “həbs” edildilər: Bakı-Sumqayıt qatarında ciddi problembackend

Sərnişinlər bir saatdan çox “həbs” edildilər: Bakı-Sumqayıt qatarında ciddi problem

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Bakı-Sumqayıt sürət qatarında ciddi problem yaşanıb.

Bu barədə Bakupost.az-a şikayətçilər məlumat veriblər.

Qeyd olunur ki, səhər 9 radələrində sərnişinlər 1 saat 9 dəqiqə qatarda qalmalı olublar:
“Belə rəzalət olmaz. Yolun yarısında qalmışdıq. Stansiya olmadığı üçün bu qatardan o qatara keçirdiblər. Nə qatar gedir, nə də qapını açırlar. İçəridə aləm bir-birinə dəymişdi. Sərnişinlərdən halı pisləşənlər oldu. Belə tragikomediya görünməyib. Azərbaycan Dəmir Yollarının xidmət səviyyəsi çox sürətlə “inkişaf” edir”.