Şərqin ən böyük aviaşirkəti Rusiyaya uçmaqda davam edəcəkbackend

Şərqin ən böyük aviaşirkəti Rusiyaya uçmaqda davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqin ən böyük aviaşirkəti olan Emirates Rusiyaya uçuşları davam etdirəcək.

Bu barədə Editor.az “Reuters”ə istinadən məlumat yayıb. Belə ki, Birləşmiş Ərəb Əmirlikləri Qərb müttəfiqləri və Rusiya arasında tərəf tutmaqdan imtina edib və Moskvanın Ukraynaya müdaxiləsinə görə tətbiq etdiyi qlobal sanksiyalara qoşulmayıb “- məlumatda belə deyilir.

Şirkətin prezidenti Tim Klark qeyd edib ki, nə qədər ki, dövlət, onların sahibi Rusiyaya uçmağı tələb edir, onlar uçmağa davam edəcəklər. “Biz anbarlarımızdakı humanitar yükləri daşıyırıq. Rusiyaya gedib-gələn qeyri-hökumət təşkilatlarımız, diplomatik cəmiyyətlərimiz var… Ona görə də bizim etdiyimiz yeganə şey kömək etmək, asanlaşdırmaqdır. Bu məsələdə heç bir siyasi mövqeyimiz yoxdur”, – Klark bildirib.

Editor.az