Sərt eniş edən paraşütçü yüngül xəsarətlərlə canını qurtardı – FOTObackend

Sərt eniş edən paraşütçü yüngül xəsarətlərlə canını qurtardı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Əskişəhər vilayətinin Sivrihisar rayonunda bu il 5-ci dəfə təşkil edilən paraşüt günləri tədbirinə Türkiyənin müxtəlif bölgələrindən 50-yə yaxın paraşütçü qatılıb.

İki gün davam edən yarışlarda paraşütçülər təxminən 3500 metr yüksəkliyə qalxan təyyarələrdən özlərini ataraq adrenalin dolu anlar yaşayıblar. Paraşütçülərdən Bişar Öçal sərt eniş edərək xəsarət alıb.

Təcili yardımla Sivrihisar Dövlət Xəstəxanasına aparılan Öcalın biləyində qırıq və bel nahiyəsindən zədə olduğu müəyyən edilib. Müalicəsi davam edən Öcalın səhhətinin yaxşı olduğu, həyatı üçün təhlükə olmadığı bildirilib.

//Samir Qurbanov, Editor.az