Şərtləri Bakı diktə edir: “Ermənistan isə məğlub tərəf kimi…”- Millət vəkili ŞƏRH EDİRbackend

Şərtləri Bakı diktə edir: “Ermənistan isə məğlub tərəf kimi…”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından 2 il ötür. Bu iki il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməyib. Zəfər günü Prezident İlham Əliyev Şuşada
bir daha Ermənistana və onun havadarlarına xəbərdarlıq etdi – İkinci Qarabağ müharibəsinin dərsləri unudulmamalıdır. Ermənistandan alət kimi istifadə edən güclərin də cavabı hər zaman verilib və onların proseslərə müdaxiləsi Ermənistan üçün yaxşı heç nə vəd etmir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, Azərbaycanı ittiham etməyə çalışan qüvvələr rəsmi Bakının mövqeyinə təsir etmək gücündə deyil:

“Azərbaycan haqlı tərəfdir və bu reallıq bütün beynəlxalq güclər tərəfindən də qəbul olunur. “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr, bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Ermənistanda istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi” deyən dövlət başçımız rəsmi Bakının qətiyyətini və prinsipial mövqeyini bir daha bəyan etdi. Rus sülhməramlılara gəlincə, bu, müvəqqəti missiyadır. Yəni, Ermənistanın sülhməramlılardan çətir kimi istifadə etmək cəhdlərinin də perspektivi yoxdur. Sərhəd təxribatları da Ermənistana fayda gətirməyəcək, hər yeni təxribat Ermənistan üçün yeni itkilər deməkdir. Azərbaycanın cənub qonşusunun son əməlləri isə əsl riyakarlıqdır. “Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur”,- deyə Ali baş komandan bildirdi”.

K. Nurullayevanın sözlərinə görə Ermənistan üçün yeganə çıxış yolu beynəlxalq öhdəliklərini yerinə yetirməkdir:

“Bu bölgədə yeganə söz və güc sahibi Azərbaycandır. Şərtləri Bakı diktə edir. Ermənistan isə məğlub tərəf kimi bu reallıqları qəbul etməyə məhkumdur. Üstəlik, Azərbaycanın tələbi və şərtləri kifayıt qədədr ədalətlidir və burada ədalətli sülhdən söhbət gedir. Bu, Ermənistan üçün ən böyük güzəştdir. Ermənistan Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da qarşısında yenə də Azərbaycan Ordusunu görəcək. Bakının əsas və haqlı tələbi bütün beynəlxalq razılaşmalara hörmətlə yanaşılmasıdır. Vaxt uzatmaq heç bir halda Ermənistana fayda gətirməyəcək. Əksinə…. Dövlət başçımızın verdiyi mesajda o da bildirilirdi ki, öhdəliklər yerinə yetirilməli, erməni silahlı qüvvələri Qarabağdan çıxmalıdır. Əks halda, Azərbaycan lazımi addımlar atacaq. Buna görə heç kim bizi ittiham edə bilməz”.

//Gülnarə Abasova, Editor.az