Fransız aktyor Jerar Deparde polis tərəfindən saxlanılıb.
Editor.az axşam.az-a istinadən bildirir ki, sənətçi sərxoş halda moped idarə edib. Paris polisi Depardeni yol hərəkət qaydalarını pozduğu üçün saxlayıb.
Polis bölməsinə aparılan aktyorun pivə içdiyi bəlli olub. Dostları Jerarı bölmədən götürərək evinə aparıblar. Onun mopedi isə polis bölməsində saxlanılıb.

