Sərxoş polis hamiləliyin 9-cu ayında olan qonşusunu vurdu: “Pişiyi nişan alırdım”backend

Sərxoş polis hamiləliyin 9-cu ayında olan qonşusunu vurdu: “Pişiyi nişan alırdım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ulyanovsk vilayətinin Pavlovka kəndində sərxoş keçmiş polis pişiyi tapança ilə vurmaq istəyib. Dediyinə görə, pişik bağına giribmiş. Nəticədə hər şey daha ciddi bitdi: sərxoş kişi hamilə qonşusunu güllələyib.

Doqquzuncu ayında olan 24 yaşlı Natalyanın iki güllə mədəsinə dəyib. Xoşbəxtlikdən qız çoxlu qan itirsə də, uşağı ilə birlikdə xilas edilib. Həkimlər dərhal qıza qeysəriyyə əməliyyatı ediblər. Yeni doğulan körpə xəsarət almayıb.

“Onun qarnından qan necə sıçrayırdı – indiyə qədər gözümün qabağındadır. Mən onu evə gətirdim, həyat yoldaşım təcili yardıma zənq etdi. Doğuş üçün hələ tez idi. Onu burada qeysəriyyə əməliyyatı etdilər. Sərxoş kişi dedi: “Oldu da”. Və yolunu davam etdi”, – deyə qurbanın atası bildirib.

O əlavə edib ki, qızının mədəsində bir güllə tapılıb, ikincisi isə tapılmayıb. Eyni zamanda keçmiş polisin özü, 55 yaşlı Mixail S. qızı görmədiyini bildirib. Qeyd etdi ki, qonşunun bağını çox ot basıb, ona görə heç nə görünmürdü.

Hazırda istintaq orqanları məsələni araşdırır. Cinayət işi başlanmayıb, müstəntiqlər yaralı qızın xəstəxanadan buraxılmasını gözləyirlər. Keçmiş polisin bəyənmədiyi pişik isə güllələnmədən xəsarət almayıb: heyvan qaçmağı bacarıb.

//milli.az