Sərxoş sürücü “Pikap”ı bayram edən insanların üstünə sürdü: Ölən və yaralananlar varbackend

Sərxoş sürücü “Pikap”ı bayram edən insanların üstünə sürdü: Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 4-də Nyu-Yorkda yüksək sürətlə hərəkət edən “Pikap” şəhər parklarından birində ABŞ-ın Müstəqillik Gününü qeyd edən bir qrup insanın üzərinə aşıb. Nəticədə 3 nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Polisin bildirdiyinə görə, “Ford” F-150 markalı yük maşını Aşağı Manhettendə kəsişmədən keçərək səkiyə çıxıb və parkdakı insanları vurub.

Yerli rəsmilər üç nəfərin öldüyünü təsdiqləyib və bir ana və iki azyaşlı uşaq da daxil olmaqla daha yeddi nəfərin yaralandığını bildirib. Rəsmilər bir neçə nəfərin xəstəxanalara aparıldığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu, üç nəfərin isə ciddi xəsarət aldığını bildiriblər. Mer Erik Adamsın sözlərinə görə, sürücü sərxoş olub.

//Samir Qurbanov, Editor.az