Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilir – VİDEObackend

Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilir. Əvvəllər belə sürücülər aşkar edildikdə onlara 400 manat və 5 bal cərimə yazılırdı. Inzibati xətalar məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə yeni qaydalar qüvvəyə mindikdən sonra, il ərzində iki dəfə sərxoş avtomobil idarə edən sürücü saxlanarkən onun sürücülük hüququ birmənalı şəkildə ləğv ediləcək. Təkliflərdən biri də yol polisinin yerində sürücüyə yazdığı cərimə ilə bağlıdır.

Editor.az xezerxeber.az-a istinadən bildirir ki, avtomobili sərxoş halda idarə edənlərə qarşı cəzalar daha da sərtləşdirilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə sürücü sərxoş vəziyyətdə avtomobil idarə edərsə, ona 400 manat və 5 bal cərimə yazılır, yaxud da onun sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Yeni təklifə əsasən isə həmin xətanın törədilməsinə görə cərimə balı 10 bala qaldırılır, pul cəriməsi isə 400 manat olaraq qalır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu sanskaiya sürücülərin məsuliyyətini artıracaq.

Yəni bu o deməkdir ki, il ərzində iki dəfə sərxoş vəziyyətdə aşkar edilən şəxs, sərxoşluğa görə yazılan cərimədən sonra avtomatik 20 bal toplamış sayılır. Bu zaman sürücülük hüququndan birmənalı şəkildə məhrum ediləcək. Qaydalara ediləcək dəyşiklikdən sürücülər də razıdırlar. Xüsusən də təcrübəsi daha çox olanlar.

Ərşad Hüseynovun sözlərinə görə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd edilir ki, sərxoş olduğu halda sürücü müayinədən boyun qaçırarsa, ilk dəfə aşkar edildiyində 400 manat və 10 bal cərimə olunacaq. Hansı ki, əvvəlki qaydada bu 400 manat və 5 bal idi.

Təklif edilən dəyişiklikdən biri də yol polisinin sürücüyə qayda pozduğu halda yerində yazdığı protokolun qüvvəyə minməsi ilə bağlıdır. Hazırki qaydalara görə yolda xəta törədən sürücü polisə etiraz etsə də, patrul əməkdaşı ona protokol yazaraq müəyyən məbləğdə cərimə edirdi. Amma yeni qaydada bu belə olmayacaq.

Ekspert vurğulayıb ki, qayda pozan sürücünün razılığının yerində ifadə edilməsi və bununla da mübahisə ilə bağlı işin məzmununun daha aydın olmasına nail olmaqdır.