İnsanların səsləri vasitəsilə COVİD- 19-u aşkarlayan tətbiq hazırlanıb. Bu gün mətbuat konfransı ilə təqdim ediləcək tətbiq müsbət COVİD-19-u 89 faiz dəqiqliklə proqnozlaşdıra bilər.
Editor.az “The Independent”a istinadən xəbər verir ki, Tətbiq insanların COVİD-19-a tutulduğunu bir dəqiqədən az müddətdə proqnozlaşdıra bilir.
Proqramı endirdikdən sonra istifadəçilərdən xəstəlik tarixçələri, siqaret çəkib-çəkmədikləri ilə bağlı əsas suallara cavab vermələri tələb olunur. Daha sonra istifadəçilərdən 3 dəfə öskürmək və ekranda görünən qısa mətni üç dəfə oxumaq tələb olunur. Tətbiqin normal COVİD-19 testlərindən daha dəqiq proqnozlar verdiyi bildirilib.
//Gülnarə Abasova, Editor.az

