Səudiyyə Ərəbistanı 20 ölkəni müvəqqəti “qara siyahı”ya əlavə etdibackend

Səudiyyə Ərəbistanı 20 ölkəni müvəqqəti “qara siyahı”ya əlavə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbindən 20 ölkədən krallığa girişi müvəqqəti olaraq qadağan edib.

Krallığın Daxili İşlər Nazirliyinin bu barədə qərarı fevralın 3-ü saat 21:00-da qüvvəyə minir.

Bildirilir ki, müvəqqəti olaraq “qara siyahı”ya Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Misir, Hindistan, İndoneziya, İrlandiya, İtaliya, Livan, BƏƏ, Pakistan, Portuqaliya, ABŞ, Türkiyə, Fransa, İsveç, İsveçrə, CAR və Yaponiya daxil edilib.

//Trend