Səudiyyə Ərəbistanı 30 ildən sonra Ermənistanı tanıdıbackend

Səudiyyə Ərəbistanı 30 ildən sonra Ermənistanı tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 25-də Ermənistanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanıb.

Editor.az musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Protokolu Əbu-Dabidə Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanı Krallığının BƏƏ-dəki səfiri Sultan bin Abdulla Əl-Anqar imzalayıblar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatic əlaqələrdən imtina etmişdi.