Səudiyyə Ərəbistanı fələstinlilərin köçürülməsinin əleyhinədirbackend

Səudiyyə Ərəbistanı fələstinlilərin köçürülməsinin əleyhinədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Qəzza zolağında “Yaxın Şərq Rivierası” yaratmaq ideyasını dəstəkləyir, lakin fələstinlilərin bu torpaqlardan çıxarılmasının əleyhinədir.

Editor.az bildirir ki, bunu Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri şahzadə Xalid bin Bəndər London Yayım Şirkətinə (LBC) müsahibəsində deyib. Şahzadə vurğulayıb ki, Səudiyyə Ərəbistanı fələstinlilərin özlərinin ərazisi olduğu üçün onları köçürmək və ya yerləşdirmək niyyətində deyil. “Bura onların torpağıdır, bu onların ərazisidir. Onlar orada təmin edə biləcəyimiz ən yaxşı şeyə layiqdirlər” – o deyib.
Şahzadə bildirib ki, qərarı fələstinlilər özləri verməlidir.

O əlavə edib ki, krallıq insanları qəbul etməyə hazırdır, lakin onların evlərini tərk etmək istəyəcəklərinə inanmır. “Düşünürəm ki, ən vacibi onların itirmək təhlükəsi ilə üzləşdiyi torpaqları qoruyub saxlamaqdır”, – deyə səfir vurğulayıb. Şahzadə bin Bəndər həmçinin qeyd edib ki, Qəzzanın yenidən qurulmasından əvvəl ərazini təmizləmək və münaqişə iştirakçıları tərəfindən tanınan sülh mexanizmi yaratmaq lazımdır. “75 il əvvəl bir çox fələstinli evlərini tərk edərək onları itirib və məncə, onlar bunu bir daha etmək istəməzlər”, o əlavə edib.

//Samir Qurbanov, Editor.az