Səudiyyə Ərəbistanı: Husilərin hücumları beynəlxalq normaların pozulmasıdırbackend

Səudiyyə Ərəbistanı: Husilərin hücumları beynəlxalq normaların pozulmasıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husilərin bu ölkəyə qarşı hücumları beynəlxalq hüquq və normaların pozulması olduğunu bəyan edib.

Bu barədə Səudiyyə Ərəbistan Krallığının Xarici İşlər Nazirliyinin Twitter hesabından edilən yazılı açıqlamada bildirilib.

Bəyanatda husilərin ölkənin müxtəlif bölgələrində mülki şəxslərə və neft obyektlərinə qarşı həyata keçirdikləri hücumlar pislənilib. Səudiyyə Ərəbistanının neftin beynəlxalq bazarlara tədarükündəki hər hansı bir fasiləyə görə məsuliyyət daşımadığı da bildirilib.

Onu da qeyd edək ki, nazirlik İranın husilərə ballistik raket və pilotsuz uçuş aparatları (PUA) təklifinin yaratdığı təhlükə barədə beynəlxalq ictimaiyyətin məlumatlı olmasının vacibliyini diqqətə çəkib.

//Gülnarə Abasova, Editor.az