Səudiyyə Ərəbistanı və ABŞ arasında imzalanmış investisiya müqavilələrinin ümumi dəyəri 557 milyard dollara yüksəlib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih məlumat verib.
Nazir bildirib ki, Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı İnvestisiya Forumu çərçivəsində iki ölkə arasında 242 yeni investisiya müqaviləsi imzalanıb. Onun sözlərinə görə, bu sənədlər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir:
“Səudiyyə Ərəbistanı ilə ABŞ arasında tərəfdaşlığı gücləndirmək məqsədilə çoxsaylı müqavilələr imzalamışıq. Ər-Riyad və Vaşinqton arasında bağlanan müqavilələrin ümumi dəyəri artıq 557 milyard dollara çatıb”.
//Gülnarə Abasova, Editor.az

