Səudiyyə Ərəbistanı İrana xəbərdarlıq etdibackend

Səudiyyə Ərəbistanı İrana xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud İrana xəbərdarlıq edib ki, ABŞ prezidenti Donald Trampın nüvə sazişi təklifini ciddi qəbul etsin.

Editor.az bildirir ki, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir. Bu məqsədlə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman aprel ayında Tehrana gələrək, İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Arqaçi və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb. O, İran rəsmilərinə xəbərdarlıq edib ki, Donald Tramp “uzun sürən danışıqlara az səbr edir” və “diplomatiya pəncərəsi”nin tezliklə bağlanacaq. Agentliyin mənbələrinə görə, Ər-Riyad İsrailin hücumu təhlükəsindən qaçmaq üçün ABŞ-la razılaşmağa çağırıb, çünki region gərginliyin daha da artmasına tab gətirə bilməz.

Reuters-in məlumatına görə, Məsud Pezeşkian görüşdə Qərbin İrana qarşı sanksiyalarının ləğvini nəzərdə tutan saziş bağlamaq istədiyini bildirib. Eyni zamanda o, Tehranın dinc nüvə proqramından imtina etməyə hazır olmadığını vurğulayıb. Mənbələrin məlumatına görə, İran rəsmiləri Donald Tramp administrasiyasının danışıqlara yanaşmasını “gözlənilməz” hesab edir. İran hakimiyyəti uranın zənginləşdirilməsini müvəqqəti olaraq dondura bilər və bununla da onların ABŞ-la dialoqu zamanı yaranmış ən mübahisəli məsələni həll edə bilər. İran Xarici İşlər Nazirliyi bu ehtimalı təkzib edib. Eyni zamanda, Donald Tramp bu həftə tərəflərin yaxın gələcəkdə razılığa gələ biləcəyini bildirib.
Qeyd edək ki, indiyədək ABŞ və İran bu məsələ ilə bağlı 5 görüş keçirib.

//Samir Qurbanov, Editor.az