Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa davam edəcəkbackend

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı qlobal bazarı sabitləşdirmək və volatilliyi azaltmaq üçün könüllü olaraq neft hasilatını lazım olan müddətə azaltmağa davam edəcək.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Krallığın energetika naziri, şahzadə Əbdüləziz bin Salman əl-Səud “Rossiya 24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, hökumət neft hasilatının dərinləşdirilməsi və ya artırılması barədə hər ay qərar verəcək. Neft hasilatında fasilələr davam etdiyi üçün bu, bir, iki, üç, dörd və ya beş ay, nə qədər ki, krallıq bazarlarda əmin-amanlığa zəmanət verir və sabitlik gətirir davam edə bilər.

Əl-Səud neft bazarında nə qədər az volatillik olsa, Səudiyyə Ərəbistanının bazara daha az müdaxilə edəcəyini vurğulayıb. Nazir bu ilin iyun ayında OPEC+ nazirlərinin görüşündən sonra krallığın hasilatının gündəlik daha 1 milyon barel azaldılmasını könüllü elan edib.

Qeyd edək ki, ötən gün Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın Səudiyyə Ərəbistanına neft məhsullarının tədarükünü artırmağa hazır olduğunu açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az