Səudiyyə Ərəbistanı: Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün hər cür səy göstərməyə hazırıqbackend

Səudiyyə Ərəbistanı: Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün hər cür səy göstərməyə hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan Al Saud Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üçün səy göstərməyə hazır olduqlarını bildirib.

Editor.az Səudiyyə Ərəbistanının rəsmi agentliyi “SPA” məlumatına istinadən xəbər verir ki, Bin Farhan ölkəsinə rəsmi səfərə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşü zamanı belə deyib. Xarici İşlər Nazirliyinin paytaxt Ər-Riyaddakı ofisində keçirilən görüşdə iki ölkə arasında əlaqələr və onun möhkəmləndirilməsi, eləcə də regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya-Ukrayna müharibəsində ölkəsinin mövqeyinin beynəlxalq hüquqa əsaslandığını bildirən Krallığın XİN rəhbəri böhranın aradan qaldırılması, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün siyasi həllə nail olmaq səylərini dəstəklədiklərini vurğulayıb.

Qeyd edək ki, görüşdə Səudiyyə Ərəbistanının siyasi məsələlər üzrə müşaviri Səud bin Məhəmməd əs-Sati, Xarici İşlər Nazirliyinin beynəlxalq məsələlər üzrə müşaviri Abdurrahman er-Rassi və Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Əbdürrəhman əl-Əhməd də iştirak edib. Rusiyanın xarici işlər naziri Lavrov Bəhreynə səfərindən sonra rəsmi danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gəlib.

//Gülnarə Abasova, Editor.az