Səudiyyə Ərəbistanı türk məktəblərini bağlayıb – Münasibətlərdə gərginlik azalmırbackend

Səudiyyə Ərəbistanı türk məktəblərini bağlayıb – Münasibətlərdə gərginlik azalmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildən «Türkiyədə istehsal edilib» kimi markalanmış malları qeyri-rəsmi boykot edən Səudiyyə Ərəbistanı hakimiyyəti Məkkə və Mədinədə 5 türk məktəbini bağlayıb. Bu barədə martın 18-də «Ahval» analitik-informasiya portalı yazıb.

Ankaranın bütün səylərinə baxmayaraq, bu ərəb monarxiyası başlıca islam müqəddəs ünvanlarının yerləşdiyi göstərilən şəhərlərdə Türkiyə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması barədə hələ 2020-ci ilin sonunda qərar qəbul edib. Bu barədə Türkiyə Təhsil Nazirliyinin yüksək məqamlı məmuru Əhməd Əmrə Bilgiliyə istinadla «Sözçü» qəzeti yazıb.

«Biz, məktəblərin yenidən açılması məsələsi üzərində işləyirik» – Bilgili qəzetə bildirib.

Ankara və Ər-Riyad arasında diplomatik münasibətlər səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının İstanbuldakı Səudiyyə konsulluğunda öldürülməsindən (2018) sonrakı dövrdə gərgin olaraq qalır.