Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri birgə bəynat yayıblarbackend

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri birgə bəynat yayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə maksimum təmkinli olmağa çağırıblar. Onlar bildiriblər ki, region “müharibə təhlükəsi və onun dəhşətli nəticələrindən” xilas olmalıdır.

Editor.az bildirir ki, bu barədə məlumatı “Bloomberg” yayıb. Bəyanat Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığından sonra verilib.

Tərəflər Yaxın Şərqdəki hadisələri və onların “təhlükəsizlik və sabitlik üçün təhlükəli nəticələrini” müzakirə ediblər. BƏƏ İsraillə diplomatik əlaqələr qurub, Səudiyyə Ərəbistanı onların normallaşdırılması ilə bağlı danışıqlar aparıb, lakin Qəzza zolağındakı müharibə səbəbindən təxirə salınıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və BƏƏ keçmişdə İran və Yəmən də daxil olmaqla müxtəlif mövzularda toqquşmuşlar.

//Samir Qurbanov, Editor.az