Səudiyyə Ərəbistanında itkin düşən malayziyalı aktrisa Nadia Kesumanın (əsl adı Nadia Kasumawati Abdul Karim) meyiti aşkarlanıb.
Editor.az xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən Kral Abdulaziz Beynəlxalq Hava Limanında baş verib. Bir müddət əvvəl hava limanında itkin düşdüyü bildirilən aktrisanın öldüyü barədə məlumatı onun həyat yoldaşı sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, paylaşım Rusiyada ekstremist təşkilat kimi tanınan Meta şirkətinə məxsus Facebook platformasında edilib.
Aktrisanın qızı isə ayrı paylaşımında anasının ürək tutması nəticəsində vəfat etdiyini bildirib. Onun sözlərinə görə, Nadia Kesuma Ciddəyə çatdığı gün halı pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, aktrisa yanvarın 15-də itkin düşmüşdü. Səudiyyə Ərəbistanının miqrasiya qurumları onun hava limanını tərk etdiyini təsdiqləyiblər. O, Londonda dayanacaqla Parisə səfər edən 21 nəfərlik turist qrupunun tərkibində olub.
Bildirilir ki, Nadia Kesuma Ciddə şəhərində dəfn edilib.
//Gülnarə Abasova, Editor.az

