Səudiyyə Ərəbistanında Ukrayna-ABŞ danışıqları başlayıbbackend

Səudiyyə Ərəbistanında Ukrayna-ABŞ danışıqları başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ciddədə (Səudiyyə Ərəbistanı) Rusiyanın başlatdığı müharibəyə son qoymaq üçün Ukrayna və ABŞ arasında danışıqlar başlayıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi Telegram-da məlumat yayıb. Ukrayna nümayəndə heyətinə Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sıbiqa, müdafiə naziri Rustem Umerov və Prezident Aparatının rəhbərinin müavini Pavlo Palisa daxildir. Amerika tərəfini ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals təmsil edir.

“Görüşün əsas mövzuları sülhə gedən yol və Ukrayna və ABŞ arasında ikitərəfli münasibətlər olacaq”, – Ukrayna Xarici İşlər Nazirliyi bildirib. “Mi-Ukraina” telekanalı xəbər verir ki, Amerika nümayəndə heyətinin (ABŞ Dövlət Departamentinin saytındakı cədvələ əsasən, görüş Kiyev vaxtı ilə saat 11:00-da başlamalı idi) gec gəlməsi ilə əlaqədar danışıqlar planlaşdırıldığından bir qədər gec başlayıb.

//Samir Qurbanov, Editor.az