Səudiyyə Ərəbistanında yaşayış binasına mərmi düşdü, ölən və yaralananlar varbackend

Səudiyyə Ərəbistanında yaşayış binasına mərmi düşdü, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanında mərminin yaşayış binasına düşməsi nəticəsində iki nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, mərmi paytaxt Ər-Riyadın cənub-şərqində yerləşən Əl-Xarc vilayətində texniki xidmət və təmizlik şirkətinə məxsus yaşayış binasına düşüb.

Həlak olan və yaralanan şəxslərin Banqladeş və Hindistan vətəndaşları olduğu qeyd olunur.