Səudiyyə Ərəbistanından ABŞ-a “badalaq”backend

Səudiyyə Ərəbistanından ABŞ-a “badalaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar ilin sonunadək neft hasilatını artırmaq üçün Səudiyyə Ərəbistanı ilə gizli razılaşmaya ümid edirdi.

Editor.az xəbər verir ki, bu barədə “New York Times” yüksək rütbəli Amerika rəsmilərinə istinadən yazıb. Həmin rəsmilərin sözlərinə görə, tərəflər iyul ayında ABŞ prezidenti Co Baydenin Yaxın Şərq turnesi zamanı razılığa gəliblər. Lakin Krallıq OPEC+-ın neft hasilatını azaltmaq qərarını dəstəkləməklə razılaşmanı pozub.

Halbuki bundan bir neçə gün əvvəl Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ tərəfini hasilatın azaldılmasının olmayacağına inandırmışdı. Müqavilənin təfərrüatları açıqlanmır, lakin onun sentyabr-dekabr ayları arasında hasilatın artmasına səbəb olacağı qeyd edilirdi. İndi isə bəzi ABŞ rəsmiləri hesab edir ki, Səudiyyə Ərəbistanı Rusiyanın təsiri altında kursunu dəyişib. “The Wall Street Journal” Səudiyyə Ərəbistanı şahzadəsinin şəxsi söhbətlərində Baydeni ələ saldığını yazmışdı. Ağ Evin mətbuat katibi Karine Jean-Pierre nəşri “gülməli” adlandırsa da, iki ölkə arasında münasibətlərin yeni məzmun kəsb etdiyini də gizlətməyib. O, Məhəmməd bin Salmanı OPEC+ ölkələrinin neft hasilatını azaltmağa qərar verərkən Rusiya ilə əlbir olmaqda ittiham edib.
Qeyd edək ki, OPEC+ ölkələri oktyabrın 5-də neft hasilatını gündəlik 2 milyon barel azaltmağa razılaşıblar. Media Səudiyyə Ərəbistanı və Rusiyanın bu qərarda israrlı olduğunu yazıb.

Birləşmiş Ştatlar Ər-Riyadın enerji siyasətini Rusiya ilə əlaqələndirməkdə günahlandırıb və Səudiyyə Ərəbistanı da daxil olmaqla, cavab tədbirlərinin hazırlanması barədə məlumat verib. Krallığın Xarici İşlər Nazirliyi isə qərarı iqtisadi xarakterli adlandırıb.

//Samir Qurbanov, Editor.az