Səudiyyə Ərəbistanından İsrailə xəbərdarlıqbackend

Səudiyyə Ərəbistanından İsrailə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı İordan çayının qərb sahilində 9 qeyri-qanuni yəhudi məskənini qanuniləşdirmək qərarını rədd edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə nazirlikdən yazılı açıqlama verilib.

Bəyanatda İsrail administrasiyasının birtərəfli təcrübələrə deyil, beynəlxalq qətnamələrə riayət etməsinin və sülh imkanlarını sarsıtmamasının vacibliyi vurğulanıb: “Səudiyyə Ərəbistanının mövqeyi Fələstin davasına dəstək olmaqdır“.

Onu da qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti İsrail qanunlarına əsasən İordan çayının qərb sahilində 9 qeyri-qanuni yəhudi məskəninin “qanuniləşdirilməsini” təsdiqləmişdi.

//Safura Bənnayeva, Editor.az