Sevastopolda bir-birinin ardınca partlayışlar baş veribbackend

Sevastopolda bir-birinin ardınca partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 4-də, axşam saat 19:00 radələrində Sevastopolda iki partlayış səsi eşidilib.

Editor.az “Krym.Realii”yə istinadən bildirir ki, şəhərin səmasında pilotsuz təyyarə vurulub. Nəşrin müxbiri xəbər verir ki, təxminən saat 18:55-də Sevastopolun mərkəzi hissəsində iki partlayış səsi eşidilib.

Şəhərin “rəhbəri” Mixail Razvojaev bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Belbek aerodromunun ərazisində PUA-nı məhv ediblər. Sevastopolun Teleqram kanalları səmada xarakterik izlər olan fotoşəkilləri, həmçinin müvafiq videonu dərc edib.

  //Samir Qurbanov,Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!