Noyabrın 3-də saat 9:30 radələrində Sevastopolda (müvəqqəti olaraq işğal olunmuş Krım) partlayış baş verib.
Editor.az “Krımskiy veter” monitorinq qrupunun məlumatına istinadən bildirir ki, partlayış istilik elektrik stansiyasının qarşısında baş verib.
Burada sənaye müəssisələri, xüsusən də asfalt zavodu yerləşir. Nəşr istilik elektrik stansiyasının yaxınlığında tüstünün göründüyü fotonu da dərc edib. Qeyd olunur ki, hadisə əlavə dəqiqləşdirmə tələb edir. Sevastopol rəhbərliyi isə partlayışla bağlı hələ ki, susur.
//Samir Qurbanov, Editor.az


