Ukraynanın müvəqqəti işğal olunmuş Sevastopol bölgəsindəki işğalçıların komanda məntəqəsinə raket hücumu nəticəsində Rusiya ordusunun polkovniki Vadim İsmayılov məhv edilib.
Editor.az bildirir ki, bu barəə ukraynalı jurnalist, “Censor.NET” saytının baş redaktoru Yuri Butusov Telegram kanallarının məlumatlarına istinadən məlumat verib. O, öldürülən işğalçının Suriyadakı müharibə veteranı olduğuna aydınlıq gətirib. Rusiya ictimaiyyətinin məlumatına görə, İsmayılov 85683 saylı hərbi hissənin (Rusiya Federasiyasının Cənub Hərbi Dairəsində işğalçı ölkənin Hərbi Hava Qüvvələrinin 4-cü Mühafizə Ordusunun 3-cü radiotexniki alayı) komandiri olaraq döyüş zamanı həlak olub.
85683 saylı hərbi hissə Sevastopolun Lyubimovka mikrorayonunda yerləşir və 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra yaranıb. İsmayılov Çelyabinsk Ali Hərbi Avtomobil Komanda-Mühəndislik Məktəbinin məzunudur (2003). Məktəbin Rusiyanın “VKontakte” sosial şəbəkəsindəki səhifəsində (Ukraynada bloklanıb) verilən məlumata görə, onun dəfn mərasimi yanvarın 11-də Çelyabinskdə (Rusiya Federasiyası) keçiriləcək.
//Samir Qurbanov, Editor.az

