Sevastopolu su basdıbackend

Sevastopolu su basdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevastopol bir gecədə aylıq yağıntının üçdə biri düşüb, şəhərdə evlər, ərazilər və küçələr su altında qalıb.

Editor.az bildirir ki, bu barədə şəhərin qondarma “Fövqəladə Hallar İdarəsi”ndən xəbər verirlər. Hazırda pis hava şəraitinin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır. Son axşam və gecə ərzində regionda 13 mm yağıntı düşüb ki, bu, aylıq normanın üçdə bir hissəsidir.

Vorovskoqo, Drıgina və Romaşkovıda dalana dirənmiş küçələr boyu evləri su basıb. Biri uşaq olmaqla dörd nəfərin təxliyə edildiyi bildirilir. Təbliğat mediası yazır ki, su “şəhərin küçələrini basıb çaya çevirib”.

Birinci mərtəbələri su basdığı üçün bəziləri fərdi evlərin ikinci mərtəbəsində gizlənir. Şəhərdə nəqliyyatda da problemlər var – yolların bəzi hissələrində yalnız ağır yük maşınları keçə bilir, digər avtomobillər isə dayanma təhlükəsi ilə üzləşirlər. Hava proqnozuna görə, yağış yalnız yanvarın 20-də kəsiləcək.

//Samir Qurbanov, Editor.az